Nazirlik “Asan imza” tələbi ilə bağlı açıqlama verdi

Çoxsaylı müraciətləri nəzərə alaraq işəgötürən qismində çıxış etməyən, yəni işçisi olmayan sığortaedənlərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün “Elektron hökumət” portalının istifadəçi adı və şifrədən istifadə etmək imkanları verilib. Bunu “Qafqazinfo”ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O xatırladıb ki, 2017-ci il 01 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na əsasən sığortaedənlər uçota alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına təqdim edilməlidir. “Sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir”-deyən şöbə müdiri əlavə edib ki, rüblük hesabatların sığortaedənlər tərəfindən elektron sənəd formasında elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza (E-imza və Asan İmza) ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir. Bununla yanaşı, çoxsaylı müraciətləri nəzərə alaraq işəgötürən qismində çıxış etməyən, yəni işçisi olmayan sığortaedənlərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün Elektron hökumət portalının istifadəçi adı və şifrədən istifadə etmək imkanları verilib. Hesabları elektron qaydada təqdim edə bilməyən sığortaedənlər rüblük hesabatlarını kağız formasında hazırlayaraq poçt vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına göndərə bilərlər. Ətraflı məlumat almaq üçün sığortaedənlər Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarında təşkil olunmuş yardım masalarına müraciət edə bilərlər”.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə yayılan məlumatlarda “Asan İmza” almaq üçün mobil operatorların müştəri xidmətlərində böyük növbələr yarandığı xəbər verilirdi. Sığortaedənlər isə yaranmış situasiyaya etiraz edirdilər.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










