Nazirlik: “BTQ turizm məqsədləri üçün də istifadə olunacaq”

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti gələcəkdə turizm məqsədləri üçün də istifadə olunacaq. Avtosfer.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib. V.Şıxəmmədov bildirib ki, dəmir yolu nəqliyyatı artıq uzun illərdir istifadə olunan bir nəqliyyat növüdür: “Bu nəqliyyat vasitəsilə Azərbaycanın demək olar ki, bütün regionlarına səfər etmək mümkündür. Daxili turist səfərləri zamanı, xüsusən bayram günlərində və ya yay tətili zamanı bu nəqliyyat növündən istifadə olunur. Ölkə daxilində daxili turizmin inkişafı üçün, hansı ki yol xəritəsində də prioritet istiqamətlərdəndir, alternativ nəqliyyat növləri ilə birlikdə bu nəqliyyat növündən istifadə olunur”.
Şöbə müdiri vurğulayıb ki, daxili turizm səfərlərində kifayət qədər insan qatar nəqliyyatından istifadə edir: “O ki qaldı beynəlxalq nəqliyyata, düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam gücüylə istifadə olunduqdan sonra beynəlxalq təcrübəni nəzərə alaraq, turizm mütəxəssisləri tərəfindən bu məsələyə baxılacaq və bu dəmir yolu turizm məqsədləri üçün də istifadə ediləcək. Bu turizm marşrutu həm ölkə xaricinə gedən yerli vətəndaşlar, həm də Azərbaycana gələn turistlər üçün əlverişli olacaq”.
V.Şıxəmmədov əlavə edib ki, hansı nəqliyyat növünün daha yaxşı olub-olmaması turistlərin seçimindən asılıdır: “Bəzi insanlar rahat şəkildə qısa müddətdə hava yolundan və yaxud şəxsi avtomobilindən istifadə edə bilər. Bəzi insanlar isə qatara daha çox üstünlük verirlər, çünki qatar səfərləri adətən axşam və gecə saatlarında həyata keçirilir və bu da turistlər üçün daha rahat olur”.
Sabah bu yollarda monitorinq aparılacaq - Sürücülərin nəzərinə!
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO










