Banner

Nazirlik düşmənin daha bir təxribatını ifşa etdi - AUDİO

Gündəm 2 Oktyabr 2020 11:36 Oxunub 744
Nazirlik düşmənin daha bir təxribatını ifşa etdi - AUDİO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur.

Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla, əhali arasında qorxu və təşviş yaratmaqdır. 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh