Nazirlik əməkdaşlarının maşını daşa tutuldu, işə polis qarışdı - FOTO

Balıq ovu qaydalarının pozulması hallarına qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri Hökümət Təşkilatları nümayəndələri ilə birgə reyd keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə nazirlikdən publika.az-a verilən məlumata görə, reyd Qaradağ və Salyan rayonları ərazisində Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə həvəskar balıqçılar tərəfindən qaldırılan məsələ ilə əlaqədar keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və ekoloji QHT nümayəndələrinin iştirakı ilə fakt yerində araşdırılıb. 31 mart - 4 aprel tarixlərində Qaradağ və Salyan rayonları ərazisində, Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsinədək olan sahəsində ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi reyd zamanı su hövzəsində balıqçı torlarının qurulması və balıq ovlanması faktlarına rast gəlinməyib.
Lakin Baş Şirvan Kollektorunun sularında bağlanmış vəziyyətdə 2 ədəd istifadəyə yararsız və 1 ədəd qismən yararlı taxta qayıq aşkar olunub. Eyni zamanda balıq ovu üçün istifadə olunan ventil və tor alətlərinin quraşdırılması məqsədilə 30 yerdə suyun axınının qarşısının dəmir tros vasitəsi ilə qismən alındığı müəyyən edilib. Balıq ovu alətləri olan 6 ventil və 1 ədəd tor yandırılaraq məhv edilib, su axınının qarşısını alan 30 ədəd dəmir tros kəsilib.
Reyd zamanı dəmir trosların kəsilməsinə etiraz edən naməlum şəxs tərəfindən ETSN-nin əməkdaşlarına müqavimət göstərilib, atılan daşla avtomobilin ön hissəsinə zərər yetirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” xidmətinə məlumat verilib və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib. Ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Baş Şirvan Kollektorunun Qaradağ rayonu ərazisindəki hissəsi ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodunun istifadəsindədir və bu kollektorlarda qızıl balıqların və nərəkimilərin artırılması sahəsində vətəgə tipli stansiyalar fəaliyyət göstərir. Oradan mövsümə uyğun olaraq dənizdə, kanalda nərəkimi və digər növ törədici ana balıqların tutularaq zavoda təhvil verilməsi məqsədi ilə istifadə edilir.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










