Nazirlik həyəcan təbili çalır: Zığda sürüşmə aktivdir – FOTO

“Zığ qəsəbəsində 43 saylı binanın qarşısında qrunt sularının ərazidən uzaqlaşdırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər görülüb. 43 saylı bina boyunca xəndək qazılıb. Qazıntı aparılan zaman texnogen amillərin təsirindən xəndəyin divarı uçub”. Avtosfer.az-ın xəbərinə görə, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Dəstə rəisinin sözlərinə görə, yamacboyu yuxarı hissələrdən gələn qrunt suları 43 saylı binanın zirzəmisindən, binanın həyətindən çıxır, bu da bina üçün problemlər yaradır. Həmin xəndək də drenaj şəbəkəsinin yaradılması üçün qazılıb. R.Həsənov qeyd edib ki, ümumilikdə həm texnogen, həm də təbii amillərin təsirindən Zığ sürüşmə sahəsində aktivlik müşahidə edilir: “Sürüşmə hazırda aktiv fazadadır. Binanın zirzəmisinin, habelə binanın ön tərəfindən və istinad divarının aşağısından qrunt sularının yer səthinə çıxışı izlənilir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












