Nazirlik: "Qəza törədən mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib"

Bu gün səhər saatlarında Bakı–Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Nəqliyyat Nazirliyi bildirir ki, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, fəciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb. Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq Memar Əcəmi metrostansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












