Nazirlik rəsmisindən karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA

"Hazırda müşahidə etdiyimiz tendensiya stabilləşməni göstərir. Artıq infeksiya nəzarət altındadır və stabilləşib. Mütəxəssislərin və şəxsən mənim fikrimcə, kəskin hansısa dəyişikliklərin edilməsi və ya yumşaldılmalara gedilməsi hələlik tezdir”.
Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, artıq ali təhsil və orta məktəblərin yuxarı sinif şagirdlərinin tədrisinə start verilib:
“Bu, da yeni yumşaldılma tədbiridir. Bunun effektini müəyyən müddət ərzində öyrənməli və təhlil etməliyik. Bununla bağlı çox ciddi problemlər gözləmirik. Bunu bizə ABŞ-da və Avropada aparılan tədqiqatlar deməyə əsas verir.
Aparılan araşdırmalar göstərir ki, uşaqlar məktəb və məktəbəqədər müəssisələrdə yoluxmuş olurlarsa, müəllim heyətinin yoluxma riski çox aşağıdır. Müəllimlərin yoluxması onların ailə üzvlərindən evdə yoluxması ilə daha çox bağlıdır."
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO










