Nazirlik ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar mayın 10-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov müasir Azərbaycanın memarı Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Sonra Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi "Heydər Əliyev və sahibkarlığın inkişafı" mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanmıb.
Qeyd edək ki, müsabiqəyə 48 KİV tərəfindən 69 material təqdim edilmişdir. Təqdim olunmuş süjet və məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim olunub.
Sonda Ümummilli Liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına YAP-ın partiya vəsiqələri təqdim olunub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













