Nazirlik və ABADA təqdimat keçirdi - VİDEO
Gündəm 10 İyun 2021 22:29 Oxunub 1106
Nazirlik və ABADA təqdimat keçirdi  - VİDEO

İyun ayının 1-dən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyi arasında imzalanan Memoranduma əsasən Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsi prosesi ABADA tərəfindən həyata keçirilir.

İyun ayının 9-da Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) “İcazə blankları”nın bölgüsü ilə bağlı yeni qaydalara həsr olunan təqdimatı keçirilib. Tədbirdə “İcazə blankları”nın bölgüsünə ümumi nəzarəti həyata keçirəcək Xüsusi Komissiyanın üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti və 70-ə yaxın sahibkar iştirak edib.

Tədbiri giriş sözü ilə açan ABADA-nın baş katibi Orxan Əfəndiyev “İcazə blankları”nın bölgüsünün yeni mexanizminin tətbiqinə yaranan zərurətdən bəhs edib.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naizrliyinin şöbə müdiri Azər Əliyev “Avtomobil nəqliyyatı haqqında” Qanunda Avtomobil nəqliyyatı sahəsində dövlət idarəetməsinin və siyasətinin məqsədləri və Nazirliyin bu sahədə dövlət siyasətini həyata keçirərkən qarşıya qoyduğu əsas hədəflərdən danışıb.  Birgə Əməkdaşlıq Memorandumunun əhəmiyyətini xatırladan Azər Əliyev, “İcazə blankları”nın bölgüsünün daşıyıcıların təmsil olunduğu Assosasiya tərəfindən həyata keçiriləcəyininin əhəmiyyətini vurğulayıb.  

Tədbirdə “İcazə blankları”nın bölgüsünün yeni mexanizmini, düsturunun təsvirini və əsas meyarlarını əks etdirən təqdimat sahibkarların diqqətinə çatdırılıb.  

Tədbirdə Xüsusi Komissiyanın iş prinsipləri, bölgü ilə bağlı cari prosesin təsviri, daşıyıcıların təqdim etməli olduğu sənədlərin siyahısı, yeni mexanizmin daşıyıcılara faydası, xarici ölkələrdə problemlə qarşılaşan sahibkarlara və sürücülərə ABADA tərəfindən hüquqi və təşkilati dəstək, təlim-tədrislə bağlı yeni layihələr barədə fikir mübadiləsi aparılıb.  

Tədbirin gedişatında daşıyıcıların “İcazə blankları”nın bölgüsü zamanı yeni mexanizmin tətbiqi ilə bağlı fikirləri dinlənilib, sahibkarları maraqlandıran suallar Xüsusi Komissiya tərəfindən cavablandırılıb.

  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh