Nazirlikdə nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Gündəm 25 May 2022 20:39
Nazirlikdə nazirin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib. Bu vəzifə Prezident İlham Əliyevin mayın 24-də imzaladığı “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla ləğv olunub.

Sənədə əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin 5 müavini olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsini Əli Abdullayev tuturdu.

Oxunub : 1724
ŞƏRH YAZ
Ad

E-mail

Şərh