Banner

Nazirlikdən Nəcməddin Sadıkovun işdən çıxarılması xəbərinə – MÜNASİBƏT

Gündəm 10 May 2016 17:03 Oxunub 1634
Nazirlikdən Nəcməddin Sadıkovun işdən çıxarılması xəbərinə – MÜNASİBƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
MN məlumat yaydı

Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən oxu.az-ın  sorğusuna cavab olaraq deyiblər ki, bu tip xəbərlər böhtan xarakterlidir. “Ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qiymətləndirilib. Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə Ordumuzun hər bir üzvünün payı var. Mətbuatda bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özlərinin iç üzünü açıb göstərirlər. 

Onlardan fərqli olaraq, Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır. Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Ordumuz hər an xalqımızın tələbi və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır və qadirdir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycanda bəzi saytlar N.Sadıkovun hərbi əməliyyatlar zamanı taktiki səhvlərə yol verdiyi üçün tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayıb.

 

15:21

 

Bu gün bəzi saytlarda və sosial şəbəkələrdə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun vəzifəsindən kənarlaşdırıldığı xəbəri yayılıb.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı modern.az saytı Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib ki, yayılan məlumatlar tamamilə yalan və əsassızdır: “Bu barədə qeyri-ciddi saytlarda və sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə yalandır, şayiədir və heç bir əsası yoxdur”.

Qurum rəsmisi bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama da yayılacaq: “Belə əsaslandırılmamış məlumatlara inanmayın. Məsələ ilə bağlı rəsmi açıqlama da yayacağıq”.

Nəcməddin Sadıkov 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini - Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.

2 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh