Nazirlikdən "qorxunc məxluqlar"la bağlı NÖVBƏTİ AÇIQLAMA

Daxili İşlər Nazirliyindən Ağdaş rayonunda naməlum varlıqların gecə saatlarında insanları təşvişə salması iddialarına növbəti dəfə münasibət bildirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Ağdaşın Qoşaqovaq kəndinin polis nəzarətinə götürülməsi, postların qurulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "Nazirliyin Mətbuat Xidmətindən və Ağdaş RPŞ-dən məsələ ilə bağlı verilən təkzib xarakterli açıqlamalara baxmayaraq, bəzi kütləvi informasiya vasitələrinin ucuz reytinq və sensasiya dalınca qaçaraq əhali arasında çaşqınlıq və qorxu atmosferi yaratmağa xidmət edən belə təxribat xarakterli dezinformasiyalar yayması düşündürücüdür. Bu, KİV haqqında qanununvericiliyin tələblərinin ciddi şəkildə pozulmasıdır. Bir sıra saytlarda və telekanallarda bəzi kənd sakinlərinin gözlərinə guya hansısa məxluqların və ya şəxslərin görünməsi barədə yayılan söz-söhbətlər isə dedi-qodudan və şayiədən başqa bir şey deyil".
O.Mansurzadə əlavə edib: “Jurnalistləri məsuliyyətli, ayıq-sayıq olmağa, fəal vətəndaş mövqeyi nümayiş etdirməyə, insanlarda ümidsizlik, qorxu və panika yaratmağa xidmət edən məlumatları yaymamağa çağırırıq".
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










