Nazirlikdən Yeni illə bağlı əhaliyə - Müraciət - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
“Yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır. Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi sonda əziz bayram günlərində insan sağlamlığı üçün təhlükə yaradan, əmlak və infrastruktura maddi ziyanın dəyməsi ilə nəticələnən, bəzən faciəyə çevrilən yanğınların baş verməsinə səbəb olur.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır.
Belə ki:
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- qapalı məkanda atəşfəşanlıq edilməməli;
- şənlik keçirilən məkanı tərk edərkən işıqlandırıcı cihazlar elektrik şəbəkəsindən ayrılmalıdır.
Həmçinin, bayram şənliklərinin təşkil olunduğu məkanlarda aşağıdakılar nəzərə alınmalıdır:
- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
- pəncərədə dəmir barmaqlıq olmamalı;
- məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi asılmalı;
- ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;
- təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;
- otağın qapıları mütləq çıxışa doğru açılmalı;
- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
- şənlikdə işıqlar tam söndürülməməli;
- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı;
- bina və qurğulara, eləcə də yanğın hidrantlarına və su hovuzlarına sərbəst yaxınlaşma təmin edilməli, bu yerlərə gedən yollar nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməməlidir.
Bildiririk ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək tələb olunur. Obyekt rəhbərləri yanğın təhükəsizliyinin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO











