“Nə məhkəmədən, nə də polisdən qorxuram...” - Kamil Zeynallı

“Bəli, söymüşəm, əsəbi olmuşam. Kim məni sosial şəbəkədə pis mənada qınayırsa, onu artıqlamasıyla ağzının payını verərəm. Cinsindən asılı olmayaraq. Sözümə görə üzr istədim, Şəbnəmin valideynlərinin rəhmətə getməsini bilməmişəm, Şəbnəm yaxşı xanımdır, amma əsəbimdən baltanı kökündən pis vurmuşam”. Bu sözləri idmançı Kamil Zeynallı sosial şəbəkədə yazıb. O, valideynləri rəhmətə gedən aparıcını söydüyü üçün ondan üzr istəyib: “Səhər xanımın özü mənə zəng vurmuşdu ki, söhbətə aydınlıq gətirək. Danışdı, səsindən hiss etdim ki, sözlərimə görə pis olub. Mən də onun rəhmətə gedən valideynlərini bilmədən təhqir etmişəm, üzr istədim. Özünü tanıyan insan mənim kimi edərdi. Amma mən nə məhkəmə, nə də başqa bir şeydən çəkinməmişəm. Allaha and olsun ki, heç kimdən çəkinmirəm, lazım olsa çıxaram çiyninə, qulağına deyərəm. Qarşı tərəf edərsə, belə şey etmişəm.

Kimsə mənim haqqımda paylaşım etsə, kişi olsa döyərəm, qadın olsa sözümü deyərəm. Məhkəmə yox, türməyə belə soxsalar dediyimdən dönən deyiləm. Başqa heç kimdən üzr istəməmişəm. Yenə deyirəm, nə məhkəmədən, nə də polisdən qorxuram. Dediyim sözün ağasıyam. Arxamca danışan insanın isə hər şeyini söyürəm”.
Xatırladaq ki, Şəbnəm sosial şəbəkədə Kamili tənqid edib. O, təyyarədə özünü qeyri-etik aparan azərbaycanlılardan utandığını bildirib.
"Qafqazinfo"
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












