Neapol dairəsində asfaltda dəlik yaranıb; yol çökə bilər - FOTO

Bir müddət əvvəl paytaxtda asfaltın çökməsilə vətəndaşın ölməsindən sonra şəhər sakinləri belə vəziyyətin yarandığı bütün yollardan, səkilərdən foto və videoları sosial şəbəkələrdə yaymağa başlayıb.
Avtosfer.az-ın sosial şəbəkə hesabına video göndərən paytaxt sakini bildirib ki, Xətai rayonu Neapol dairəsində Araz marketin önündəki keçidin üzərində asfaltda deşiklər yaranıb. Bu hal həm sürücülər, həm də piyadalar üçün təhlükə mənbəyinə çevrilib.
Hadisə şahidləri bildirirlər ki, son günlərdə həmin ərazidə asfaltın çökməsi açıq şəkildə müşahidə olunub.
Əgər vaxtında tədbir görülməsə, çöküntü daha da genişlənə və yolun tam bağlanmasına səbəb ola bilər.
Vətəndaşlar aidiyyəti qurumlara müraciət edərək, problemin operativ həll olunmasını tələb edirlər. Onların fikrincə, həm piyadaların təhlükəsizliyi, həm də nəqliyyatın hərəkətinin pozulmaması üçün həmin ərazidə təcili təmir-bərpa işləri aparılmalıdır.
Hazırda Neapol dairəsi şəhərin ən işlək ərazilərindən biridir. Ona görə də, asfaltın çökdüyü bu hissədə vaxtında tədbir görülməsə yaranan çökək hissə qıza zamanda geniş ərazini əhatə edə və ciddi təhlükə yarada bilər.
Fidan
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












