Neçə taksi sürücüsü imtahandan kəsilib? – RƏSMİ AÇIQLAMA

Ötən ilin (2024) avqust ayından etibarən taksi sürücüləri imtahana cəlb olunurlar. Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda xüsusi hazırlıq keçmiş sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir və 10 (on) və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar. Uğur qazananlara etibarlılıq müddəti 7 il olan şəhadətnamə təqdim edilir. Bir saat davam edən imtahanda iştirak etmək üçün sürücülər 35 manat məbləğində pul ödəməlidirlər. Hər bir imtahanda olduğu kimi bu imtahanda da uğur qazanmayan, qoyulan tələblərə cavab verməyən iştirakçılar var.
Bəs indiyədək nə qədər sürücü imtahanda iştirak edib? Uğur qazanan və qazanmayan sürücülərin sayı nə qədərdir?
Avtosfer.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən (DİM) "Bizim.Media"ya bildirilib ki, bu vaxta qədər 13 mindən çox sürücü imtahanda iştirak edib:
“İmtahanlarda 13 min 64 nəfər sürücü iştirak edib. Onlardan 11 min 339 nəfər, yəni 86,7 faizi imtahanı müvəfəqiyyətlə verib”.
Bu da o deməkdir ki, imtahan olunan sürücülərin bir min 7 yüz 25 (1725) nəfəri, yəni 13,2 faizi imtahandan kəsilib.
Qeyd edək ki, taksi sürücüləri üçün növbəti imtahanlar 29 may və 29 iyun tarixlərində keçiriləcək.
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ










