Neft ərazisinə düşən evlərlə bağlı VACİB XƏBƏR

Azərbaycanda neft müqavilələrinin əhatə etdiyi ərazilərə və ya mühafizə zolaqlarına düşən tikililərlə bağlı işçi qrupu yaradılıb.
Avtosfer.az "Report"a istinadən bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, işçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir.
"Bütün aidiyyəti qurumlar plansız tikintilərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görür. Buna görə həm müvafiq qanun layihəsi hazırlayırıq, həm də qanunsuz tikililərin qarşısının alınması üçün işlərimizi davam etdiririk. Neft kontraktlarının əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında hüquqlarının tanınması mümkün olmayan tikililər var. Hazırlanacaq qanun layihəsi həmin tikililəri əhatə edəcək", - R. Şahbazov bildirib.
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı










