"Neftçala Avtomobil Zavodunda avtobus da istehsal oluna bilər"

Gələcəkdə İranla Azərbaycan arasındakı dəmir yolu xəttinin Rəşt-Astara hissəsinin tikintisi birgə aparılacaq. Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, həm bu, həm də iki ölkə arasında energetika, ticarət, turizm və sənaye sahələrində əməkdaşlığa dair Bakıda səfərdə olan İranın maliyyə naziri Məsud Karbasianla (Masoud Karbasian) müzakirələr aparıb: "2016-cı ildə ticarət dövriyyəmiz 2015-ci ilə nisbətən 70%, bu ilin ilk 9 ayında isə 33% artıb".
Ş.Mustafayev qeyd edib ki, iki ölkənin iş adamlarının Neftçala Sənaye Məhəlləsində birgə inşa etdiyi avtomobil zavodu bu ilin sonunda təhvil veriləcək.
"Kənd təsərrüfatı avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşmış müəssisənin yaradılması haqqında müzakirələr apardıq. Neftçala Avtomobil Zavodunu ilin sonuna kimi istifadəyə vermək istəyirik. Artıq noyabrda avadanlıqların təchizinə başlanılacaq. İstəyirik, açılış dekabrda olsun. Ola bilsin, bu proses gələn ilin ilk aylarına kimi yubansın", - deyə nazir əlavə edib.
Bununla yanaşı, nazir müəssisədə avtobus istehsalının mümkünlüyünü də istisna etməyib: "Ola bilsin ki, gələcəkdə Neftçala Avtomobil Zavodunda avtobus istehsalına başlanılsın. Artıq ilkin müzakirələrə başlanılıb".
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










