Neftçilər prospekti bağlanacaq

Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Avtosfer.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşdüyü mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir. Bu səbəbdən Neftçilər prospektinin Rəsul Rza və Puşkin küçələri ilə kəsişmələri arasında olan hissəsində aprelin 16-sı saat 06:00-dan etibarən nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət bazar ertəsi günü, aprelin 18-i səhər saatlarında aradan qaldırılacaq.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












