Neftçilər prospekti bağlandı - Bu küçələrdən "protiv" gedin – FOTO

Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a daxil olan məlumata görə, yolda təmir bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək “Formula-1” yarışına hazırlıq işləri ilə əlaqədardır. Mərkəz, sürücülərə alternativ olaraq Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrindən istifadə etmələri tövsiyə edir. Bildirilir ki, qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkəti təşkil edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da Avtosfer.az-a bildirib ki, Neftçilər prospektində hərəkət qismən dayandırılıb və Azadlıq meydanı ilə kəsişən bütün küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulub. Onun sözlərinə görə, Azadlıq meydanında, Zərifə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinin kəsihməsində, Rəsul Rza küçəsi ilə Neftçilər prospektinin, həmçinin Bülbül prospekti ilə Neftçilər prospektinin kəsişməsində yol bağlanıb. Rəşid Behbudov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində isə yalnız Rəşid Behbudov küçəsi ilə hərəkətə icazə verilir. Vaqif Əsədov bildirib ki, Zərifə Əliyeva küçəsi, Azadlıq prospekti və Üzeyir Hacıbəyov küçələri ilə hərəkətin tam əksinə olaraq avtomobillərin hərəkətinə şərait yaradılıb və təhlükəsizlik tədbirləri görülüb. Yəni, sürücülər bu küçələrlə tam əksinə hərəkət edə bilər, Dənih Vağzalının qarşısından yenidən Neftçilər prospektinə çıxa bilərlər. Ümumiyyətlə isə yol polisi sürücülərdən xahiş edir ki, Neftçilər prospektinə alternativ yollardan istifadə etsinlər. Dənizkənarı Milli Parka gələnlər isə ictimai nəqliyyatdan istifadə etsinlər.
Elmin
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT











