Reklam

Neftin qiymətinin düşməyi manatın məzənnəsinə təsir edə bilər – SƏBƏBLƏR – EKSPERT RƏYİ

Gündəm 19 Sentyabr 2024 17:00 Oxunub 352
Neftin qiymətinin düşməyi manatın məzənnəsinə təsir edə bilər  – SƏBƏBLƏR – EKSPERT RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər “Azeri Light” neftinin qiyməti dünya bazarında əhəmiyyətli dərəcədə ucuzlaşaraq 80 ABŞ dollarının altına düşüb.

Avtosfer.az xəbər verir ki, bu, dünya iqtisadiyyatına ağır zərbələr vuran pandemiya dövrü və artıq 2 ildən uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi fonunda son illərdə görülən ən aşağı səviyyədir. İqtisadçılar bunu qlobal neft bazarında neft tələbinin azalması, iqtisadi qeyri-müəyyənliklər və OPEC ölkələrinin artan istehsalı ilə bağlıdır. Yerli mütəxəssislər hesab edir ki, bu qiymət dəyişikliklərinin təsirləri Azərbaycanın iqtisadiyyatından da yan keçməyəcək.

Məsələ ilə əlaqədar iqtisadçı ekspert Rəşad Həsənov saytımıza açıqlamasında bildirib ki, istənilən halda neftin ucuzlaşması arzuolunan deyil.

“Çünki neft və karbohidrogen resuslarla zəngin bir ölkəyik və Azərbaycan iqtisadiyyat bir sıra istiqamətlərdə neftdən ciddi aslıdır. Neftin qiymətindəki dəyişiklik həm fisikal dayanıqlığı aspektindən, həm də ixrac gəlirləri baxımından, hətta bir-iki ölkədə məzənnə siyasəti davamlılığı və.s bu kimi istiqamətlərdə çox əhəmiyyətlidir. Eyni zamanda büdcənin formalaşmasında neftdən gələn gəlirlərin rolu böyükdür. Birbaşa dövlət büdcəsinə qisamüddətli dövrdə təsiri az görünə bilər. Yəni təxminən neftin bir barrelinin qiymətinin 10 dollar ucuzlaşması dövlət büdcəsinə 400-500 milyon manat təsir edəcəyi proqnozlaşdırılır. Çünki bu, birbaşa büdcəyə daxil olma yox, vergi gəlirləri hesabına yönəlir.

 

Rəşad Həsənov həmçinin vurğulayıb ki, bu cür qiymət dəyişiklikləri zamanı neftlə aparılan transferlərdə neftin qiymətindən aslı heç bir dəyişiklik olmur.

“Lakin orta uzunmüddətli dövrdə bütün bunlar öz əksini tapmır. Əgər neft fondunun yığım imkanları azalarsa, xərcləri gəlirlərini ciddi şəkildə üstələyərsə, bu zaman aydındır ki, Dövlət Neft Fondundan transferlərin azaldılması siyasətinə keçid müşahidə edilə bilər. Bu da dövlət xərcləmələrinin azaldılması, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpası fonunda əsas iqtisadiyyata yönələn xərclərin kiçilməsi və nəticədə məcmu tələbdə rolu olan xərclərin iqtisadiyyatın böyüməsində rolunun azalması və iqtisadi artım tempinin aşağı düşməsi, məşğulluq imkanlarının zəifləməsi və.s istiqamətdə makrotəziqləri formalaşdıra bilmir.

Mütəxəssis sonda onu da qeyd edib ki, neft Azərbaycan üçün o məsuldur ki, onun satışından əldə edilən gəlirlər ölkə iqtisadiyyatının hərəkətliliyini, dinamikasını, milli valyutanın məzənnəmsini müəyyən edir və eyni zamanda ölkənin kredit qaytarma qabiliyyətinə, ölkənin reytinqlərinə təsir göstərir. Yəni bugünkü vəziyyətdə neftin qiymətinin ucuzlaşması arzuolunan deyil.

Hülya

ŞƏRH YAZ
Ad

E-mail

Şərh