Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ

Çin avtomobil sənayesində yanacaq səmərəliliyi ilə bağlı yeni texnologiya təqdim olunub.
Avtosfer.az xəbər verir ki, “Changan Automobile” yeni nəsil hibrid sistemi – “Blue Core Super Engine” platformasını ictimaiyyətə təqdim edib. Şirkət bu texnologiya ilə daxili yanma mühərrikləri sahəsində yanacaq sərfiyyatını minimuma endirməyi hədəfləyir.
Məlumata görə, təxminən 291 milyon dollarlıq investisiya hesabına hazırlanmış və 6 illik tədqiqat prosesindən keçmiş yeni mühərrik sistemi, xüsusilə şəhər şəraitində 100 kilometrə cəmi 2,98 litr yanacaq sərfiyyatı ilə diqqət çəkir. Bu göstərici hibrid texnologiyalar sahəsində ən aşağı nəticələrdən biri kimi qiymətləndirilir.
Bildirilib ki, sistem dünyanın müxtəlif regionlarında 2 milyon kilometrdən artıq sınaqdan keçirilib. Yeni platforma daxili yanma mühərrikinin gücünü elektrik sürücülük xüsusiyyətləri ilə birləşdirərək, həm performans, həm də qənaət baxımından balans yaradır. Eyni zamanda, bu texnologiya tam elektrikli avtomobillərdən fərqli olaraq şarj infrastrukturuna ehtiyac olmadan istifadə imkanı təqdim edir.
Şirkət qlobal bazarda genişlənmə strategiyasını da sürətləndirir. “Changan Automobile” 2026-cı ilə qədər xarici bazarlarda satış həcmini 750 min ədədə çatdırmağı planlaşdırır. Layihənin inkişafında Böyük Britaniyada yerləşən tədqiqat mərkəzinin mühüm rol oynadığı qeyd olunur.
Yeni platformanın Taylanddakı istehsal müəssisələri vasitəsilə Avstraliya və Cənubi Afrika kimi sağ sükanlı bazarlara ixracı nəzərdə tutulur. Eyni zamanda, şirkət 2025-ci ildən etibarən Avropa bazarında – Almaniya, Norveç və Böyük Britaniyada fəaliyyətini genişləndirməyi planlaşdırır.
Mütəxəssislərin fikrincə, bu cür texnologiyalar həm yanacaq sərfiyyatının azaldılması, həm də karbon emissiyalarının minimuma endirilməsi baxımından avtomobil sənayesində yeni mərhələnin başlanğıcı ola bilər.
Eltac Zülfüqaroğlu
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












