Nənə, baba və nəvə eyni qəzada yaralandı

Salyan rayonunun Parça Xalac kəndi ərazisində baş vermiş avtomobil qəzasında bir ailənin 3 üzvü xəsarət alıb. Avtosfer.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Şirvan-Salyan avomobil yolu istismara yararsız olduğu üçün yeni çəkilmiş Parça Xalac yolunda Şirvan şəhər sakini, 61 yaşlı İbişov Rasim Eyvaz oğlunun idarə etdiyi 18-BE-228 dövlət nömrə nişanlı "VAZ-21074" markalı avtomaşınla 55 yaşlı Abıyev Sübhan Zöhrab oğlunun idarə etdii 10-GX-693 dövlət nömrə nişanlı "VAZ-2103" markalı avtomaşın toqquşub. Hadisə nəticəsində "VAZ-21074"-ün sərnişinləri, bir ailənin üzvləri olan 61 yaşlı Şirvan şəhər sakini Həsənov Vilayət Musarza oğlu, həyat yoldaşı 58 yaşlı Həsənova Cənnət İzzət qızı və nəvələri 5 yaşlı Əliyev Rauf Famil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriləcəkləri gözlənilir.
Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












