“Nəqliyyat axınlarının planlaşdırılması və modelləşdirilməsi” III Beynəlxalq Konfrans keçiriləcək

2025-ci il yanvarın 30 və 31-də Almatıda Logistika və Nəqliyyat Akademiyasının bazasında (ALT University) “Nəqliyyat axınlarının planlaşdırılması və modelləşdirilməsi” III Beynəlxalq Konfrans keçiriləcək.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, III Beynəlxalq konfransda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan nümayəndələrin iştirakı gözlənilir. Nəqliyyat nazirliklərinin, şəhər nəqliyyat idarələrinin, nəqliyyat, elmi və elmi-tədqiqat təşkilatlarının nümayəndələri, beynəlxalq məsləhətçi təşkilatların mütəxəssisləri, nəqliyyat sahəsində ictimai və qeyri-kommersiya təşkilatlarının iştirakçıları, ali təhsil müəssisələrinin müəllim və tələbələri tədbirdə iştiraka dəvət olunub.
İlk günün işgüzar proqramında təşkilatların nümayəndələri şəhər nəqliyyat sistemlərinin istismarı və inkişafı sahəsində məruzələrlə çıxış edəcəklər. İkinci gün nəqliyyat makro və mikromodellərinin yaradılması üzrə proqramların istifadəçiləri üçün ustad dərsləri keçiriləcək, həmçinin Almatı dispetçer mərkəzinə texniki səfər olacaq.
Mütəxəssislərin sammiti Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin və Qazaxıstan, Almaniya və Özbəkistandan beynəlxalq şirkətlərin dəstəyi ilə keçiriləcək.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












