Nəqliyyat dəhlizi layihəsinin icra vəziyyəti müzakirə olunub - Bakıda

Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İranın yol və şəhərsalma nazirinin maliyyə təminatı və beynəlxalq məsələlər üzrə müavini Əsgər Fəxriyyə Kaşanın başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "report"a verdiyi məlumata görə, C.Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. O, bildirib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin reallaşdırılması iştirakçı ölkələrin tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan ilə İran dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib. Tikinti işləri sürətlə davam edir.
Ə.F.Kaşan isə çıxış edərək, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini bildirib.
Sonra iclasda Azərbaycan tərəfinin Astara-Rəşt dəmir yolu tikintisinə maliyyə yatırımı, dəmir yolu tikintisinin qrafiki, işlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixindən qüvvəyə minib. 2005-ci ilin sentyabrında Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulub.
Emin
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO










