Nəqliyyat Departamenti qanunsuz xətt satdı: Sürücülərin davası düşdü

Bakıdan Sumqayıta qanunsuz marşrut xəttinin açılması böyük narazılığa səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə qaynarinfo.az-ın əldə etdiyi məlumata görə Bakı şəhəri Azadlıq metrostansiyasından Corat qəsəbəsinə qədər sərnişindaşıma icazəsi olan 123 saylı avtobus marşrutunun Sumqayıt Nəqliyyat Departamenti ilə "sövdələşməsindən" sonra Sumqayıt şəhəri Şərq Bazarına qədər uzadılması qalmaqal yaradıb.
Sumqayıt-Bakı istiqamətində şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücülər və sahibkarkar Sumqayıt Nəqliyyat Departamentinin rəhbəri Seyfulla Əsədullayev haqqında ittiham səsləndirərək onun belə bir icazə vermə hüququ olmamasına baxmayaraq marşrut xəttini satdığını və bu qanunsuz fəaliyyətə davam edəcəyi təqdirdə daha böyük narazılıqların yaranacağını qeyd ediblər. Onlar axşam saatlarından etibarən departamentin önünə yığışaraq etirazlarını bildiriblər və bundan sonra işə Sumqayıt İcra Hakimiyyəti qarışıb.
Qeyd edək ki, 123 saylı marşrut xəttinin sahibkarı Qurban İsmayıloğludur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












