Nəqliyyat infrastrukturunun inkişafına 20 mlrd. dollar yatırılıb - SON İLLƏR

Bakıda bu gün "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes-forumu keçirilir. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, tədbirdə 1520 mm məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinın, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərləri iştirak edirlər.
Forum çərçivəsində əsasən, beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı və logistik zəncirvari əlaqələrin qurulması və digər məsələlər müzakirə edilir.
Forum iştirakçıları, həmçinin aşağıdakı məsələlər üzrə diskussiyalar aparacaqlar: "Xəzər tranziti - Dünyanın dörd tərəfini birləşdirərək", "Helsinkidən Mumbayadək, Süveyş kanalı ilə müqayisədə "Şimal-Sənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüyü", "Xəzər halqası - açıq dəmir yolunun işə salınması ilə region dövlətlərinin mənfəəti", "İxrac diversifikasiyası - "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi tam gücü ilə işə salındıqdan sonra 1520 bazarına çıxarılacaq mallar", "Maliyyələşdirmə - irimiqyaslı ixrac layihələrinin təminatı məqsədilə dövlət tərəfindən həyata keçirilən mexanizmlər", "İnfrastruktur - birgə yol çəkilişinin istiqamətləri", "Dəmir yolu infrastrukturunun tikintisində beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması yolları", "İnvestisiyalar - bazar iştirakçılarını infrastruktur layihələrinə cəlb edəcək amillər", "Bərə əlaqəsi - dəmir yolunun davamı kimi", "Multimodal daşımalar - multimodal konteyner daşımaları bazarı", "Təklif və tələb dinamikası", "Dəmir yolu - dəniz limanı, tələb olunan terminallar və onların inşasının maliyyələşmə mənbəyi", "Çoxfunksional nəqliyyat qovşaqları", "Şimal-Sənub" marşrutunda hansı şəhərlərə bu məqsədlə üstünlük veriləcək", "Geriyə döndükdə bos vaqonların yüklə mütəmadi olaraq doldurulmasının təminatı".
Biznes-forumda "Rusiya Dəmir Yollan" ASC-nin vitse-prezidenti Aleksandr Mişarin və "Azərbaycan Dəmir Yollan" QSC-nin sədri Cavid Qurbanov yekun nitqi ilə çıxış edəcəklər.
Tədbir iştirakçıları üçün təntənəli qəbul, həmçinin Bakının görməli, tarixi yerlərinə ekskursiyalar təşkil olunacaq. Tədbirin sonunda müvafıq sənədlər imzalanacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












