Nəqliyyat işçiləri tətil edib - Böyük şəhərlərdə sərnişin sıxlığı yaranıb

İtaliyada nəqliyyat sektorunda milli tətil elan olunub.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə yerli ictimai nəqliyyatda, dəmir yollarında və hava nəqliyyatında çalışan işçilər tətil ediblər.
Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə avtobus, metro və tramvay xətlərinin hərəkətinə mənfi təsir göstərib, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub. Bəzi şəhərlərarası və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.
Milanın Linate və Malpensa hava limanlarında xidmət göstərən işçilərin tətilə qoşulması bəzi aviareysləri təxirə salıb, çox sayda turistin səyahət planları dəyişilib.
Tətil Turin, Neapol, Genuya, Florensiya, Boloniya və Venesiya kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












