Nəqliyyat Komissiyasının iclası keçirilib - FOTO

Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda ölkələrimiz arasında bağlanmış ikitərəfli sazişin tələblərinin icrası ilə bağlı Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının növbəti iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Avtosfer.az-a verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2018-ci ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq protokol imzalanıb. Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Türkiyə nümayəndə heyətinə Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsinin rəisi Saim İlçioğlu rəhbərlik edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













