Nəqliyyat Marşrutu üzrə yükdaşımaların şərtləri müzakirə olunub - FOTO

Ələt-Aktau-Ələt və Ələt-Kurık-Ələt istiqamətlərində dəmir yolu və bərələrlə yükdaşımaların həyata keçirilməsi üçün şərtlər müzakirə olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən apa-ya verilən məlumata görə, bu məqsədlə Qazaxıstan Dəmir Yolları, Gürcüstan Dəmir Yolları , “Azərbaycan Dəmir Yolları” QSC, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı , “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri arasında görüş keçirilib. Fevralın 27-28-də Qazaxıstanın Aktau şəhərində baş tutan görüşdə yükdaşımalar zamanı tərəflərin qarşılıqlı münasibəti və məsuliyyəti, daşımaların davamlılığının təmini zamanı ortaya çıxa biləcək maneələr və həlli yolları əsas müzakirə mövzusu olub. İki günlük görüşün nəticəsi olaraq protokol imzalanıb. Protokolda tərəflərin məsuliyyəti, məlumat mübadiləsinin formaları və təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşınan vaqon və gəmilərin texniki xüsusiyyətlərinə uyğun olması barədə müştərilərin məlumatlandırılması haqqında öhdəlik götürüblər. Sənəddə daşınan yüklərin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin texniki vasitələrinə uyğunluğunun təmin edilməsi də yer alıb. Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan yüklərdə aparıcı rol oynayır. Xəzər dənizində yeganə bərə operatoru olan Gəmiçiliyin donanmasında bu tip 13 gəmi mövcuddur.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA











