Nəqliyyat Nazirliyinin səlahiyyətləri azaldılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nda dəyişikliklər edilib.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, qərara əsasən, bu bəndlərdə dəişikliklər edilib:
1. 3.2-ci və 4.1-ci bəndlərdə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
2. 3.3-cü bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidir” sözləri ilə əvəz edilsin.
3. 5-ci hissənin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












