“Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə gecə təlimi keçirilib.
Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, təlim FHN-in Aran Regional Mərkəzinin hazırlıq planına, eləcə də Mərkəzlə Yevlax rayon Polis Şöbəsi və Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsi arasında təsdiq olunmuş Qarşılıqlı Fəaliyyət Planına uyğun olaraq keçirilib. Təlimdə göstərilən qurumların müvafiq qüvvə və vasitələri iştirak edib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, qəzaya uğramış avtomobildə zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyət, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə “qəza etmiş avtomobildə sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri“ təxliyə edərək “aidiyyəti üzrə təhvil veriblər”.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










