Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.
Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, təlimə FHN-in Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi, Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş “yanğını operativ söndürərək”, deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri təxliyə edib onlara təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Uğurla keçən təlimin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.