Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri - Tərcümeyi-hal

Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Modern.az saytı xəbər verir ki, bu sərəncam iki nazirliyin əvəzində yeni bir nazirliyin yaradılmasını nəzərdə tutur. Ölkə başçısının bu gün imzaladığı digər sərəncamla Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimdir?
Quluzadə Ramin Namiq oğlu 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə isə magistr dərəcəsi ilə bitirib.
2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib və 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2015-2016-cı illərdə Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Ailəlidir, 2 övladı var.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










