Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tender keçirir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyindəki “Aztelekom” MMC-nin tələbatına əsasən informasiya texnologiyaları infrastrukturunun qurulması işlərinin və xidmətlərinin satın alınması üzrə açıq tender elan edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, tender 2 lot üzrə keçirilir. 1-ci lot hesablama avadanlığı və proqram təminatlarının satın alınması ilə bağlıdır ki, burada iştirak haqqı 1 500 manatdır. 2-ci lot isə server otağı üçün avadanlığın satın alınmasını nəzərdə tutur ki, burada da iştirak haqqı 500 manatdır. İddiaçıların ilkin sənədləri martınm 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə martın 16-na qədər “Aztelekom”un inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına təqdim etməlidirlər. Təkliflərə martın 17-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












