Nəqliyyat sektorunda ən aşağı maaşı kim alır?

Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda çalışanların sayı 80 min 246 nəfər olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artım deməkdir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hesabat dövründə nəqliyyat sahəsində çalışan işçilərin ortaaylıq əməkhaqqı 1 529.8 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il nəqliyyat sektorunda ortaaylıq əməkhaqqı 12.4% artıb. Sektor üzrə ən yüksək əməkhaqqı hava nəqliyyatındadır. Bu sahədə çalışanların ortaaylıq maaşı 2 477 manat olub və ötən illə müqayisədə 24.4% artım müşahidə edilib. Digər yüksək maaş göstərilən sahələr sırasında qaz kəməri nəqliyyatı (2 405.2 manat), dəniz nəqliyyatı (2 354.9 manat) və boru kəməri nəqliyyatı (2 291.4 manat) yer alır. Ən aşağı əməkhaqqı isə poçt və kuryer xidməti sahəsində qeydə alınıb. Bu sahədə ortaaylıq maaş 655.4 manat təşkil edir. O cümlədən dəmir yolu nəqliyyatında maaş 1 435.6 manat, metroda 1 325.9 manat, avtomobil nəqliyyatında 1 018.7 manat, anbar təsərrüfatı və yardımçı nəqliyyat xidmətlərində isə 1 361.8 manat olub.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












