Nəqliyyat vasitasindən 37 telefon və 8 min siqaret müsadirə edildi

Gömrükdə avtomobildə gizlədilən 37 mobil telefon və 8 min ədəd siqaret aşkar edilib. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin sağ və sol qapılarının altında xüsusi düzəldilmiş saxlanc yerindən aksesuarları ilə birlikdə üzərində "X-BO V3+" yazısı olan 34 ədəd mobil telefonlar, avtomobilin altından və sağ qanadının altından 20 ədəd mobil telefon qutusu, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd qulaqcıq, 20 ədəd USB kabel, 20 ədəd batareya, 20 ədəd mobil telefon üzlüyü, salonundan isə 1 ədəd "Samsung Galaxy A3", 2 ədəd "Samsung Galaxy J3" və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 8 min ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Kənan
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












