Nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarına dəyişiklik edilib

Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarına dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, bu barədə sənədi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.
Dəyişikliklərə görə, indi ayrı-ayrı sənədlərin üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilməsi mümkün olmadığı hallarda, bəyannaməçi yazılı olmaqla yanaşı, elektron formada da müraciət edə biləcək və gömrük orqanları da bunun əsasında həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim olunmasına icazə verəcəklər. Eyni zamanda bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına həm yazılı, həm də elektron formada öhdəlik təqdim edə biləcək.
Digər dəyişikliklərə görə, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı yarımbəndlər ləğv edilib.
10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə;
11.1.2. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












