Nəqliyyat vasitəsindən 12500 ədəd siqaret aşkarlandı - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi etdiyi “Mercedes Benz Vito” markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı avtomaşının cihazlar lövhəsinin altından gömrük nəzarətindən gizlədilmiş 12 500 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunaraq götürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Digər bir əməliyyat isə Komitənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsi və Yevlax Gömrük İdarəsi gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Mingəçevir şəhəri ərazisində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışıyla məşğul olan Azərbaycan vətəndaşından 2 836 ədəd müxtəlif formalı pirotexnik məmulatlar aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
















