Nəqliyyat vasitəsindən 2 milyon pul çıxdı

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya səyahət edən Azərbaycan vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. Yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5 000-lik, 615 ədəd 1 000-lik və 520 ədəd 500-lük əsginaslar olmaqla ümumilikdə 2 mln. Rusiya rublu aşkar edilərək götürülüb. Bu barədə Avtosfer.az-a DGK-dən bildirilib. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları isə aksiz markası ilə markalanmayan xeyli miqdarda siqaret aşkar ediblər. İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatında “Tofaş” markalı minik avtomobilində aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib. Əməliyyat tədbiri nəticəsində maşın Biləsuvar rayonunun İmişli rayonuna tərəf çıxışında saxlanılıb və ona baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində cəmi 63 min ədəd “Manchester”, “D&J”, “Bıstoon”, “Mılano” və “MM” markalı siqaretlər aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












