Nəqliyyat vasitəsindən külli miqdarda siqaret aşkar olundu - FOTO

Xaşmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, Rusiya Federasiyası istiqamətindən idarənin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito 109 CDİ” markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı “Drakula” adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib. Yoxlama zamanı nəqliyyat vasitəsinin, eləcə də ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78400 ədəd “Parliament” markalı, 9600 ədəd “Marlboro” markalı olmaqla, cəmi 88000 ədəd siqaretlər aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
















