Nəqliyyat vasitəsindən pirotexniki məmulatlar aşkar edildi - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin “Mazimçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsinə “Arçi” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Bu barədə Avtosfer.az-a DGK-dan bildirilib.
Məlumata görə, itin reaksiyasına əsasən yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 1856 ədəd pirotexniki məmulatlar aşkar olunub.
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məmulatı əsasında “Mazimçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn digər ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin hər dörd qapısının içərisindəki boşluqlardan isə 2540 ədəd petarda tipli pirotexniki məmulatlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI


















