Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat xidmətləri artıq istifadəyə verilib.
Bu barədə Avtosfer.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 15 may 2026-cı il tarixindən etibarən WUF13 çərçivəsində iştirakçıların tədbir məkanına rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə WUF13 nəqliyyat sistemi tam şəkildə fəaliyyətə başlayıb.
Qeyd olunub ki, WUF13 iştirakçıları hava limanı, nəqliyyat mübadilə mərkəzləri, qonaqlama əraziləri və WUF13 tədbir məkanı arasında əlaqəni təmin edən inteqrasiya olunmuş nəqliyyat xidmətlərindən yararlana bilərlər.
"Tədbirlə əlaqədar olaraq, WUF13 Hava Limanı avtobus xidməti 12–25 may tarixlərində günün 24 saatı fasiləsiz fəaliyyət göstərəcək. Şəhərdaxili avtobus xidmətləri 15–22 may tarixlərində iştirakçıların istifadəsində olacaq. K1 xüsusi avtobus xətti isə 14–23 may tarixlərində Koroğlu nəqliyyat qovşağı ilə WUF13 tədbir məkanı arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək.
WUF13 nəqliyyat sistemi çərçivəsində W1–Şıx, W2–İçərişəhər, W3–Nəriman Nərimanov, W4–İzmir, W5–28 May, W6–Gənclik, W7–Ağ Şəhər və W8–Sea Breeze marşrutları əsas qonaqlama əraziləri ilə nəqliyyat mübadilə mərkəzləri arasında əlaqəni təmin edir.
Bununla yanaşı, W9–Badamdar marşrutu yaxınlıqdakı hotelləri İçərişəhər nəqliyyat mübadilə mərkəzi ilə, W10–Mikayıl Əliyev marşrutu isə qonaqlama məkanlarını birbaşa WUF13 tədbir məkanı ilə əlaqələndirir.
WUF13 çərçivəsində təşkil olunan bütün nəqliyyat xidmətləri akkreditasiyadan və qeydiyyatdan keçmiş iştirakçılar üçün ödənişsizdir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, yerində qeydiyyat üçün tədbir məkanına gələcək iştirakçılar da bu xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.
WUF13 zamanı təşkil olunan nəqliyyat xidmətləri və marşrutlar barədə daha ətraflı məlumatı WUF13 şəhərdaxili nəqliyyat səhifəsindən əldə etmək mümkündür.
Azərbaycan üzərindən yeni yük marşrutu sülhə töhfə verə bilər? – AÇIQLAMA
İsti hava avtomobilə necə təsir edir? – Usta AÇIQLADI
İctimai nəqliyyatda subsidiya modeli tətbiq oluna bilər? – AÇIQLAMA
Kreml Paşinyan və Bayramovun səfərlərini niyə diqqətlə izləyir? – ŞƏRH
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“2040-cı ilədək Bakının nəqliyyat xəritəsi dəyişəcək” - EKSPERT - FOTO
Həsən Əliyev və Rövşən Əliyev küçələrində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Bakı metrosunda böyük dəyişiklik: Xətlərin ayrılması hansı üstünlüklər yaradacaq?
İran–Oman razılaşması Orta Dəhlizə necə təsir edəcək? – AÇIQLAMA
“Wolt” sifarişləri düzgün qablaşdırılmır? - Kuryerlər ŞİKAYƏTÇİDİR
Bakıda tıxacların həlli üçün yeni təklif: Bu yollar genişləndirilməlidir - EKSPERT










