Nəqliyyatda da gediş haqqı qalxacaq – Yeni qiymət artımının anonsu verildi

“Qiymət artımı prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq”. Avtosfer.az xəbər verir ki, bu barədə bakıpost.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, qaz və işığın qiymətinin artırılması gözlənilən idi: “2016-cı ilin büdcə sənədində bu barədə qeyd olunmuşdu. Qısaca onu bildirim ki, artım prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq. Səbəb kommunal xidmətlərin düzgün idarə edilməməsi səbəbindən maya dəyərinin daim şişməsidir. Bu qurumların fəaliyyətində şəffaflıq yoxdur və vəsaitlər səmərəsiz xərclənib. Dövlət büdcəsinin dəstəyi azaldıqca qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasını və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər”.
Samir Əliyev qeyd edib ki, kommunal sektorda islahatlar aparılmalı və özəl sektorun cəlbinə diqqət artırılmalıdır: “İlk olaraq qaz paylaması işi SOCAR-dan geri alınmalı, yeni paylayıcı şirkət yaradılmalıdır”.
İqtisadçı vurğulayıb ki, hazırda qiymət artımı ilə bağlı növbə nəqliyyat sektorunundur: “Bu sektorda qiymət artımı zaman məsələsidir. Görək hökumətin əhliyə “yeni il hədiyyəsi” nə vaxt olacaq?”
Qeyd edək ki, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












