Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirilib - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü, “ASG Helicopter Services” MMC-nin təşkilatçılığı ilə Zabrat hava limanı ərazisində “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, tədbirdə FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, “ASG Helicopter Services” MMC-nin istismarında olan nəqliyyat vasitələrinin uçuş və texniki heyəti, o cümlədən təmir-bərpa, inzibati və təhlükəsizlik məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər nəqliyyat vasitələrində, xüsusilə sərnişin və yük daşımalarında, eləcə də anqarların və hava limanının ərazisində fəaliyyət göstərən inzibati və texniki xidmət sahələrinin, yanacaq çənlərinin yanğın təhlükəsizliyinin təmin olunmasının vacibliyindən danışıblar. Bildirilib ki, hava nəqliyyatı vasitələrində və onların təmir sexlərində və anqarlarda baş verə biləcək yanğın hadisələri insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və bu sahədə daşıyıcı şirkət tərəfindən profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir.
Tədbirdə uçuş heyətinin, həmçinin texniki və digər sahələrdə fəaliyyət göstərən əməkdaşların yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi, nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi və onlara vaxtaşırı texniki qulluq göstərilməsi, ilkin yanğınsöndürmə vasitələrinin və nəqliyyat vasitələrinə istehsalçı zavodlar tərəfindən quraşdırılan avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin, yanacaq sistemlərinin, mühərrik şöbələrinin asan alışan yanacaq-sürtgü materiallarından təmiz saxlanılması, elektrik təsərrüfatlarının, xüsusilə texniki işıq komplekslərinin “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun istismarı, həmin sahələrə dövri qulluqların və müayinələrin keçirilməsi, daşıyıcıların bu barədə məsuliyyəti və sərnişinlərin təhlükəsizliyinin prioritet məsələ kimi diqqətdə saxlanılmasının zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra tədbirin praktiki hissəsinə start verilib. Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Hava limanının anqar sahəsində “yanğın” baş vermiş nəqliyyat vasitəsi təlimata uyğun olaraq, bərk qoşqu ilə kənarlaşdırılaraq “yanğın”ın ətrafa yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə bölmələri operativ qaydada hadisə yerinə çataraq “yanğınla mübarizə” tədbirlərini icra ediblər.
Təlimin sonunda iştirakçılara yanğın təhlükəsizliyi barədə məlumat verilib, parklar, anqar və qarajlarda yanğın təhlükəsizliyinə dair normalar izah olunub.
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir



























