Nərgizin maşınına hücum etdilər: 4 minlik ziyan - FOTO

ATV-də yayımlanan “Laləli saray” serialının əsas qəhrəmanlarından biri olan Nərgiz Əliyevanın başına iş gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün bundan əvvəl aktrisanın avtomobilinə bir qrup şəxs hücum edib.
Əliyevanın “Jeep Wrangler” markalı avtomobilinin şüşələri sındırılaraq içərisindən dəyərli əşyalar və pul oğurlanıb.
Hadisə ilə bağlı N. Əliyeva “Qafqazinfo”ya açıqlama verib. O, 4 min manatdan artıq ziyana düşdüyünü qeyd edib.
Aktrisa artıq polis şöbəsinə də müraciət edib:
“Olay “5 Mərtəbə” tərəfdə, evimin yaxınlığındakı gözəllik salonunun qarşısında baş verib. Bu ayın 6-sı axşam saatlarında naməlum şəxslər maşınıma hücum edib. 1500 dollarlıq (2550 AZN) çantam, 1000 manatlıq ayaqqabım və çantamın içərisində olan 550 AZN götürülüb. Yasamal rayonu 27-ci polis bölməsinə müraciət etmişəm, axtarışdadırlar”.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












