“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub. Gəmiçilikdən Avtosfer.az-a verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb. Gəmi dəniz sınağından da uğurla çıxıb.
Tankerin gövdəsi, elektrik, radio və naviqasiya avadanlıqları, bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, boru sistemləri əsaslı təmir olunub. Gəminin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Tankerin gövdə hissəsində, yük anbarlarında və ballast çənlərində metalın keyfiyyətinə klass və konvensiyanın tələblərinə uyğun baxış keçirilib və lazımi gövdə-qaynaq işləri aparılıb.
"Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri də təmir olunub", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, “Nəriman Nərimanov” tankerinin uzunluğu 125,06 metr, eni 16,63 metr, maksimal sürəti 11,3 uzeldir. Onun yükgötürmə qabiliyyəti 4 987 ton təşkil edir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















