Nərimanov rayonu ərazisində qanunsuz parklanma yerləri fəaliyyət göstərir - VİDEO
Bakıda artq bəzi ərazilərdə parklanma qanuni qaydada tətbiq edilir. Ancaq xüsusilə Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsinin ətrafındakı yollarda sözün əsl mənasinda xaos hökm sürür. Sarı jiletlilər hələ də burada fəaliyyət göstərirlər. Onlar qanunsuz parklama təşkil edərək sürücülərdən pul tələb edirlər.
4-6 zolaqlı yol olan küçələrdə hərəkət üçün sadəcə iki zolaq saxlanılır.
Hətta bəzi yerlərdə avtomobillər iki sıra park edilir. Bu isə həmin yollardan istifadə edən həm piyadalar, həm də bəzi sürücülər üçün çətinlik yaradır.
Bu ərazilərdə "azparkinq" sistemi tətbiq edilir. Bu da o deməkdir ki, burada tələb olunan nağd pul qanunsuzdur. Çünkü həmin sistem yalnız onlayn ödəmə üsulu ilə çalışır.
Bənzər mənzərə rayon ərazisində Albert Aqarunovun heykəlinin olduğu küçədə və ona yaxın olan ərazilərdə də hökm sürür. Ərazilərə nəzarət edən şəxslərin əksəriyyəti müsahibə verməsə də, bəziləri qısa da olsa mikrofona danışdılar. Hətta aldıqları qanunsuz ödənişlərdən plan verdiklərini deyənlər də oldu.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirdi ki, "azparkinq" infrastrukturu qurulmayan ərazilərdə parklanmaya görə tələb edilən ödəniş qanunsuzdur.
Qeyd edək ki, “azparkinq” tətbiq edilən ərazilərdə ilk 15 dəqiqə ödənişsizdir. Həmçinin nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan səhər 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI










