Nərimanov rayonunda 3 küçə əsaslı təmir olunub - FOTO - VİDEO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Aşıq Alı küçəsinədək olan 284 metrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb. Ortalama eni 14 metr olan küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 1123 kv.m sahədə bərpa olunub, küçəboyu 607 p/m yeni səki daşları düzülüb. Küçəboyu 4187 kv.m əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Təmir işləri rayonun 261 metr uzunluğa malik Aşıq Alı və uzunluğu 275 metr olan Yəhya Bakuvi küçələrində də aparılıb. Ortalama eni 15 metr olan Aşıq Alı küçəsinin təmiri zamanı 4339 kv.m, eni 9 metr təşkil edən Yəhya Bakuvi küçəsində isə 2880 kv.m əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Aparılan yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI















