Nəsimidə növbəti yolun təmiri yekunlaşıb – FOTO + VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsinin Koveroçkin (ABŞ səfirliyinin arxası) və Füzuli küçələri arasında yerləşən hissəsində aparılan təmir işləri yekunlaşıb. "Azəravtoyol” ASC-dən Avtosfer.az-a daxil olan xəbərə görə, təmir-bərpa işlərinin aparıldığı hissənin uzunluğu 950 metr, eni isə 9 metrdir. Aparılmış işlər zamanı küçənin köhnə asfalt-beton örtüyünün dağılmış və qabarmış hissələri frezlənərək ərazidən daşınıb. Bunun əvəzinə 9 min kv.m sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Zəruri olan yerlərdə piyada səkiləri bərpa oluanaraq asfaltlanıb, kənarlarına 1 800 poqonmetr yeni səki daşı düzülüb.
Aparılan təmir-tikinti işləri zamanı mövcud yeraltı komunikasiya xətləri yenilənib, ehtiyac olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə əvəzlənib, həmçinin yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqlıqları dəyişdirilib.
Avtonəqliyyat vasitələrinin və piyadaların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları salınıb, üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.
Emin
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı


















